“Azəriqaz” İB innovativ texnologiyaların tətbiqini davam etdirir
“Azəriqaz” İstehsalat Birliyi qaz şəbəkələrinin təhlükəsizliyinin artırılması və istismar proseslərinin daha effektiv təşkili məqsədilə innovativ texnologiyaların tətbiqini davam etdirir. İtaliyanın “Bludigit” şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində istifadə edilən “Picarro” avadanlığı vasitəsilə qaz sızmaları real vaxt rejimində və dəqiq koordinatlarla aşkarlanır. Bu texnologiya resursların səmərəli istifadəsi ilə yanaşı, ekoloji dayanıqlılığın təmin olunmasına da dəyərli töhfə verir.
Ətraflı : https://youtu.be/Bij1RUDKUY8?si=yfy4W3CIriW25J5H