SOCAR “Azəriqaz” İstehsalat Birliyində müşavirə keçirilib

08 Avqust 2023

SOCAR “Azəriqaz” İstehsalat Birliyində SOCAR-ın vitse-prezidenti cənab Fuad Musayevin rəhbərliyi ilə müşavirə keçirilib. Görüşdə vitse-prezidentin müavini Racu Vəliyev, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və Birlik rəsmiləri iştirak edib. Müşavirədə “Azəriqaz” İB-nin baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev çıxış edərək SƏTƏMM və Keyfiyyət sahəsi üzrə cari ilin 1-ci yarımilliyinin yekunlarına dair məlumatları diqqətə çatdırıb. Daha sonra vitse-prezident Fuad Musayevə İstehsalat Birliyinin fəaliyyəti barədə ümumi məlumat verən baş direktor Ruslan Əliyev son 6 aylıq nəticələr barədə geniş məruzə təqdim edib. Vitse-prezident Fuad Musayev abonent məmnunluğunun və Birlik əməkdaşlarına təhlükəsiz əmək şəraitinin yaradılmasının əsas prioritet olduğunu qeyd edərək bu istiqamətdə müvafiq tapşırıqlar verib.

light-logo