Abonentlərin nəzərinə! Qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Sumqayıt QTM-dən qidalanan orta təzyiqli qaz kəmərinin 159 mm-lik hissəsinin yerinin dəyişdirilməsi və “Sabunçu ümumi” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı 29.08.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Novxanı, Corat və Novxanı bağları, 51, 52-ci məhəllələr, 13, 16, 17, 20 və 21-ci mikrorayonlar) və Sabunçu rayonunun Sabunçu qəsəbəsinin (2-ci mədən, Şəhər şosesi, Stansiyayanı, E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, Musabəyov, Aydınbəyov, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, Mayakovski, Ə.Cavad, X.Natavan küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər xəbərlər
Astaranın dağ kəndlərinin qazlaşdırılması davam edir
Ağsu RQİİ-nin əməkdaşları təltif edilib