“Azəriqaz” İB yanında İctimai Şuranın növbəti işçi görüşü keçirilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri ilə Birlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri arasında növbəti işçi görüş keçirilib.
Görüşdə əsasən abonent məmnuniyyətinin artırılması, qaz təchizatının keyfiyyətinə nəzarətin gücləndirilməsi və İctimai Şuranın Fəaliyyət Planının icra mexanizmlərinin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı İctimai Şura üzvləri tərəfindən abonentlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı bir sıra konkret təkliflər səsləndirilib. Təkliflər, eləcə də gündəlikdə olan digər aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq qaldırılan məsələlərin yazılı şəkildə Birliyə təqdim edilməsi, qısa müddət ərzində rəsmi münasibətin bildirilməsi və mümkün həll yollarının müəyyənləşdirilməsi ilə bağlı müvafiq mexanizmin tətbiqi razılaşdırılıb.
Digər xəbərlər
Daha bir yeni yaşayış massivi qazlaşdırılır - REPORTAJ
Zaqatala RQİİ-nin əməkdaşları mükafatlandırılıb