Qarabağ Regional Qaz İstismarı İdarəsinin işçiləri təltif edilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Xankəndi şəhərində Qarabağ Regional Qaz İstismarı İdarəsinin bir qrup əməkdaşı ilə görüşüb.
Birlik rəhbəri əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların əldə etdikləri nailiyyətlər və görülən işlər barədə ətraflı məlumat verilib.
Sonra Qarabağ RQİİ-nin 10 əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.