Qarabağa mediatur təşkil olunub

20 Oktyabr 2026

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qarabağa - Xocavənd və Xankəndi şəhərlərinə mediatur təşkil olunub.
Mediatur çərçivəsində KİV nümayəndələrinə işğaldan azad edilmiş ərazilərdə qaz təsərrüfatının bərpası və inkişafı istiqamətində həyata keçirilən işlər, istehlakçıların təbii qazla təminatı barədə məlumat verilib. Media nümayəndələri, həmçinin ərazidə qaz xətlərinin çəkilişi ilə bağlı aparılan işlərlə yerində tanış olublar.

light-logo