“Azəriqaz” İB-də şəhid ailələri ilə görüş keçirilib
8 Noyabr - Zəfər Günü münasibətilə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində çalışan şəhid ailələri üzvləri ilə görüş keçirilib. Birliyin Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin qurumun foyesində ucaldılan büstü önünə çələng qoyub, şəhidlərin fotoları qarşısına tər çiçəklər düzüblər.
Sonra şəhidlərimizin və qazilərimizin xatirəsi hörmətlə yad olunub, Birliyin rəhbərliyi, eləcə də şəhid valideynləri çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etdiklərinə görə minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində əldə edilən zəfərdən, şəhid və qazilərimizin qəhrəmanlığından söz açılıb, onların Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlarına əminlik ifadə olunub.
Şəhidlərin ailə üzvləri daim diqqət mərkəzində saxlandıqları üçün Birlik rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Digər xəbərlər
Lənkəranın daha bir dağ kəndi qazlaşdırılır
Vətən müharibəsi şəhidi Rauf İbadovun xatirəsi yad edilib
Şəhid Osman Manafov məzarı başında anıldı