“Azəriqaz”ın qazi əməkdaşının zəfər hekayəsi - VİDEO

07 Noyabr 2026

“Azəriqaz”ın qazi əməkdaşının zəfər hekayəsi - VİDEO

8 Noyabr - Zəfər Günü xalqımızın qəhrəmanlıq, qürur və şərəf tarixidir. Bu şanlı tarix torpaqlarımızın azadlığı uğrunda döyüşən, canını və sağlamlığını bu yolda əsirgəməyən igid oğullarımızın qanı ilə yazılıb. Həmin qəhrəmanlardan biri də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Rauf Əliyevdir.

Raufun 40 illik ömür kitabının ən qürurlu və eyni zamanda ən çətin səhifələri Vətən müharibəsi ilə bağlıdır. O özü həmin günləri belə xatırlayır: “Hərbi hissədə olan zaman qısa təlimlərdən sonra oktyabrın 3-də Cəbrayıldan Hadrut istiqamətində döyüşlərdə olmuşuq. Bizim əsas döyüşlərimiz başlayıb Hadrutdan. Hadrutun alınmasında, Şuşa istiqamətində gedən döyüşlərdə bir çox kəndlərin alınmasında iştirak etmişəm. Elə hisslər var ki, sözlə ifadə etmək mümkün deyil. Bu hisslər həm qururvericidir, həm də döyüş yoldaşlarımızın yaralanması, şəhid olması bizim üçün ağırdır…”

Daha ətraflı “Azəriqaz”ın “YouTube” səhifəsində:

https://www.youtube.com/watch?v=QGhbcrth9eE

light-logo