PİYADALARIN HƏRƏKƏTİNƏ MANE OLAN QAZ XƏTTİ TORPAQ ALTINA KÖÇÜRÜLDÜ
Bakının Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində piyadaların hərəkətinə mane olan qaz xəttinin bir hissəsi torpaq altına köçürülüb. Belə ki, bir müddət öncə “Bakmil” stansiyasının qarşısında yerləşən küçədə çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. “Azəriqaz” İstehsalat Birliyi olaraq açıqlamamızda qeyd etmişdik ki, qaz xətti ərazidə çoxdan yerləşir. Piyada keçidinin olduğu yaşıllıq ərazisi isə sonradan yaradılıb. Lakin buna baxmayaraq tez bir zamanda həmin yerdən hərəkət edən insanların rahatlığı üçün müvəqqəti olaraq daş hörgülü pilləkənlər quraşdırıldı.Artıq “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsimüvəqqəti piyada keçidini tamamilə ləğv edərək ərazidə qaz xəttinin bir hissəsini torpaq altına köçürüb. Beləliklə, piyadaların hərəkəti üçün tam normal şərait yaradılıb.
Digər xəbərlər
Sabunçu rayon sakinlərinin nəzərinə!
Şamaxı sakinlərinin nəzərinə!
QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA