Tərtər RQİİ-nin rəhbərliyi Mingəçevir şəhərində vətəndaş qəbulu keçirdi
"Azəriqaz" İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin rəis müavini Əbdül Qasımovun iştirakı ilə Mingəçevir şəhərində vətəndaş qəbulu baş tutub. Qəbulda Mingəçevir şəhər sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinlənilib. Görüşdə əsasən fərdi qazlaşma, qaz xəttinin yerinin dəyişdirilməsi və bəzi hallarda qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlər ünvanlanıb. Tərtər RQİİ-nin rəhbərliyi qəbula üz tutan sakinlərin müraciətlərini fərdi olaraq dinləyib, bir sıra məsələlər yerində baxılaraq həllini tapıb.
Digər xəbərlər
Ağsu RQİİ-nin nümunəvi əməkdaşları təltif edildi
"Azəriqaz" İB ötən gündən gücləndirilmiş iş rejiminə keçib
Şəmkir RQİİ-nin rəhbərliyi Şəmkirdə vətəndaş qəbulu keçirdi