Şəmkir RQİİ-nin rəhbərliyi Şəmkirdə vətəndaş qəbulu keçirdi

20 Fevral 2025

"Azəriqaz" İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin baş mühəndisinin iştirakı ilə Şəmkir rayonunda vətəndaş qəbulu baş tutub. Qəbula üz tutan sakinlərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib. Vətəndaşlar əsasən istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsi üçün möhlət istəyiblər. Şəmkir RQİİ-nin rəhbərliyi hər bir vətəndaşın müraciətini fərdi olaraq dinləyib, bir sıra məsələlərin araşdırılması üçün tapşırıq verilib.

light-logo