Şəmkir RQİİ-nin rəhbərliyi Gədəbəydə vətəndaş qəbulu keçirdi
"Azəriqaz" İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Taleh Şamradovun iştirakı ilə 18.02.2025-ci il tarixində Gədəbəy rayonunda vətəndaş qəbulu baş tutub. Qəbula üz tutan 15-dək sakinin qaz təchizatı ilə bağlı problemləri dinlənilib. Görüşdə əsasən fərdi yaşayış evinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması, habelə kənd və yaşayış massivinə küçə qaz xəttinin çəkilişi ilə bağlı müraciətlər ünvanlanıb. Şəmkir RQİİ-nin rəisi vətəndaşların müraciətlərini fərdi olaraq dinləyib, bir sıra məsələlər yerində baxılaraq həllini tapıb.
Digər xəbərlər
Ağsu RQİİ-nin nümunəvi əməkdaşları təltif edildi
"Azəriqaz" İB ötən gündən gücləndirilmiş iş rejiminə keçib
Şəmkir RQİİ-nin rəhbərliyi Şəmkirdə vətəndaş qəbulu keçirdi