Beynəlxalq Qadınlar Günü SOCAR-ın “Azəriqaz” İB-də qeyd olundu
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə SOCAR-ın “Azəriqaz” İB-nin rəhbərliyi və Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri qurumda çalışan xanım əməkdaşlarla görüş keçiriblər. İlk olaraq Azərbaycan qadınının cəmiyyətdəki müsbət rolundan danışılıb, xanımların əməyi yüksək qiymətləndirilib. Çıxış edənlər həm 8 Mart - Beynəlxalq Qadınlar Günü, həm də qarşıdan gələn Novruz bayramı münasibətilə xanımları təbrik edib. Sonda Beynəlxalq Qadınlar Günü münasibəti ilə Birliyin xanım əməkdaşlarına hədiyyə təqdim olunaraq xatirə şəkli çəkilib.