Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq

10 Mart 2025

Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal Paşayev küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə 10.03.2025-ci il saat 14:20-dan etibarən qaz təchizatı daxildən dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Asif Məhərrəmov, Cavadxan küçələrində, Mir Cəlal Paşayev küçəsinin bir hissəsində, 2-ci, 3-cü, 4-cü, 5-ci mikrorayon ərazilərində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

light-logo