Füzuli sakinlərinin nəzərinə! Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq
"Qaz İxrac" İdarəsinə məxsus "Ağoglan QPS qol" qaz kəmərinin təxmini 21-ci km-də yaranmış qaz sızmasının ləğvi ilə bağlı 08.03.2025-ci il saat 19:30-dan etibarən qazın nəqli dayandırılıb. Yüksək təzyiqli magistral qaz kəmərinə qoyulmuş təbii qazın həcminin hesabına kəmər üzərində olan "Füzuli" QPS-dən qidalanan Füzuli şəhəri və MİDA yaşayış kompleksinin qazanxanası hal-hazırda təbii qazla təmin olunur, təxminən saat 22:30-dan etibarən sözügedən yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 09.03.2025-ci il tarixində təmir işlərinin aparılması və günün birinci yarısında qaz təchizatının bərpa olunması planlaşdırılır.