“Azəriqaz” İB-nin kollektivi İlaxır çərşənbəni qeyd etdi
“Azəriqaz” İstehsalat Birliyində bayram tonqalı qalanıb. Novruz bayramı münasibətilə alovlandırılan tonqalın ətrafına Birliyin rəhbər şəxsləri və kollektivi toplaşaraq yazın gəlişini qeyd ediblər. Birliyin baş direktoru Azər Məmmədov bütün kollektivi Novruz və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edərək hər bir kəsə can sağlığı, gələcək işlərində uğurlar arzulayıb.