Yeni çəkilmiş magistral kəmərin qaznəqli sisteminə qoşulması ilə əlaqədar iki rayonun qaz təchizatında fasilə yaranacaq
“Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Horadiz-Laçın” yüksək təzyiqli magistral qaz kəmərinin “Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi ilə bağlı 24.11.2023-cü il saat 08:00-dan işlər başa çatanadək “Füzuli Diaqnostika”, “Füzuli-Horadiz”, "Allahyarlı” və "Əhmədbəyli" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Füzuli rayonunun tam olaraq, Beyləqan rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər xəbərlər
Astaranın dağ kəndlərinin qazlaşdırılması davam edir
Ağsu RQİİ-nin əməkdaşları təltif edilib