Lənkəranın daha bir dağ kəndi qazlaşdırılır

02 Noyabr 2026

Ölkə üzrə qazlaşmayan kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin gündəliyində duran əsas məsələlərdəndir. Qazlaşma proqramı Birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Bu proqram çərçivəsində qazlaşma işləri aparılan yaşayış məntəqələrindən biri də Lənkəran rayonunun Daştatük kəndidir. Talış dağlarının ətəyində yerləşən bu kənddə küçə qaz xətlərinin çəkilişi aparılır.

“Azəriqaz” İB-nin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Mühəndislik və layihə şöbəsinin rəisi Vəfadar Ağayevin sözlərinə görə, hazırda işlərin 50 faizi icra olunub: “Layihə çərçivəsində kənd ərazisində ümumilikdə 23 325 poqonmetr müxtəlif diametrli qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Hazırda işlərin 50 faizi icra olunub. Xətlərin 6 000 poqonmetri polietilen, qalan hissəsi isə metal borularla çəkilir. İşlərin ilin sonunadək tam başa çatdırılması planlaşdırılır”.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra sakinlər müvafiq sənədlərlə “ASAN xidmət” mərkəzinə müraciət etməklə evlərinə mavi yanacağın verilməsini təmin etmiş olacaqlar.

Daha ətraflı “Azəriqaz”ın “YouTube” səhifəsində:

https://youtu.be/lhKjOYCw9mg?si=5awdOaVM27DOdIpr

light-logo