Vətən müharibəsi şəhidi Rauf İbadovun xatirəsi yad edilib

29 Oktyabr 2026

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları Vətən müharibəsi şəhidi Rauf İbadovun məzarını ziyarət edib. 2020-ci il oktyabrın 23-də qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalan Raufun xatirəsi hər il olduğu kimi bu il də məzarı başında yad edilib.

Anım tədbirində “Azəriqaz” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, Sumqayıt Regional Qaz İstismarı İdarəsinin məsul şəxsləri, həmçinin şəhidin doğmaları iştirak edib.

Rauf İbadovun atası Məhərrəm İbadov oğlunun şərəfli ömür yolundan söz açıb, onun Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edərək igidlik göstərdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Məhərrəm İbadov uzun illərdir, “Azəriqaz” İstehsalat Birliyində çalışır.

light-logo