Bayramın ən rəngli anları Bakı Zooloji Parkında

27 Mart 2026

​Novruz və Ramazan bayramları münasibətilə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Bakı Zooloji Parkına ziyarət təşkil edib. Təqdim olunan biletlər sayəsində Birlik əməkdaşları ailə üzvləri ilə birlikdə xoş və yaddaqalan istirahət günləri keçiriblər.
​Ziyarətçilər burada nümayiş etdirilən fauna nümunələri ilə yaxından tanış olub, vaxtlarını maraqlı dəyərləndiriblər. Ekskursiya xüsusilə azyaşlıların böyük marağına və sevincinə səbəb olub.

 

light-logo