Birlik rəhbəri işdə fərqlənən əməkdaşları mükafatlandırıb
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Şəmkir Regional Qaz İstismarı İdarəsinin inzibati binasında əmək fəaliyyətində fərqlənən əməkdaşlarla görüşüb. Birlik rəhbəri əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Görüş zamanı çıxış edən qurum rəhbəri kollektivin əməyinin daim yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Daha sonra Birliyin 12 əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.