İmişli, Saatlı və Sabirabad sakinlərinin nəzərinə!

04 İyul 2023

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar 06.07.2023-cü il tarixində saat 07:00-dan “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt”, saat 08:00-dan "Saatlı" və “Axundov”, saat 09:00-dan isə “Saatlı Əlillər evi”, “Otuzikilər”, “Qaracalar”, “İmişli 1" və "İmişli 2” ölçü qovşaqlarından işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə İmişli və Saatlı rayonlarının tam olaraq, Sabirabad rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

light-logo