Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
“Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Azadqaraqoyunlu-Ağdam” yüksək təzyiqli magistral qaz kəmərinin “Yevlax-Naxçıvan” qaz kəmərinə birləşdirilməsi ilə bağlı 29.11.2023-cü il saat 08:00-dan etibarən işlər başa çatanadək “Kətəlparaq”, “Tərtər 2” və “Ağdam 4 Yol” ” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər xəbərlər
Lənkəranın daha bir dağ kəndi qazlaşdırılır
Vətən müharibəsi şəhidi Rauf İbadovun xatirəsi yad edilib
Şəhid Osman Manafov məzarı başında anıldı