"Azəriqaz" İB-nin əməkdaşları üçün süni intellektlə bağlı təlim keçirilib
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları üçün "Süni İntellekt Savadlılığı" proqramı mövzusunda təlim keçirilib. Təlimin məqsədi əməkdaşları süni intellekt alətləri ilə tanış etmək, gündəlik iş proseslərində bu texnologiyalardan daha səmərəli istifadə imkanlarını göstərmək və iş məhsuldarlığını artırmaq olub. Praktiki hissədə isə real iş nümunələri üzərində müzakirələr aparılıb və müxtəlif rəqəmsal alətlərin tətbiqi nümayiş etdirilib.