Detektorlar dəm qazı riskindən necə qoruyur?
"Səssiz qatil" kimi xarakterizə olunan dəm qazı məişətdə ən təhlükəli və çox görünməyən risklərdən biridir. Rəngsiz və qoxusuz olması səbəbindən insan tərəfindən hiss edilmir. Dəm qazı detektoru qapalı məkanlarda yaranan karbon monoksid qazının vaxtında aşkar olunması üçün nəzərdə tutulmuş mühüm təhlükəsizlik cihazıdır.