SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Ağstafa rayonunda keçiriləcək

20 May 2026
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 22 may saat 11:00-da Ağstafa rayonunda Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüş zamanı Ağstafa, Qazax və Tovuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional Qaz İstismarı İdarəsinə (tel.: (050) 845 77 11; (050) 845 77 00) müraciət edə bilərlər.
light-logo