İctimai bildiriş: Layihə sənədlərinin ictimai müzakirəsi və açıqlanması

26 May 2026

Layihənin adı: Qaz Sızmalarının Aşkar Edilməsi və Aradan Qaldırılması (LDAR - Leak Detection and Repair)

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək Qaz Sızmalarının Aşkar Edilməsi və Aradan Qaldırılması (LDAR) layihəsi çərçivəsində, "Azəriqaz" İstehsalat Birliyi maraqlı tərəfləri və ictimaiyyəti layihənin əsas Ekoloji və Sosial (E&S) idarəetmə sənədləri ilə tanış olmağa və öz rəylərini bildirməyə dəvət edir.

Dünya Bankının Ekoloji və Sosial Standartlarına uyğun olaraq, növbəti sənədlər ictimai müzakirə üçün təqdim edilir:

  1. Maraqlı Tərəflərin Cəlb Olunması Planı (SEP - Stakeholder Engagement Plan): Layihə dövründə ictimaiyyətlə əlaqələrin, kommunikasiyanın və şikayətlərə baxılma mexanizmlərinin təşkilini tənzimləyir.
  2. Ekoloji və Sosial Öhdəlik Planı (ESCP - Environmental and Social Commitment Plan): Ekoloji və sosial tələblərə əməl olunmasını təmin etmək üçün konkret tədbirləri, icra müddətlərini və institusional məsuliyyətləri müəyyən edir.
  3. Ekoloji və Sosial İdarəetmə Çərçivəsi (ESMF - Environmental and Social Management Framework): Potensial ekoloji və sosial riskləri/təsirləri müəyyən edir, onların azaldılması və monitorinqi üçün təlimatları formalaşdırır.

Hər üç sənədi həm Azərbaycan, həm də İngilis dillərində aşağıdakı keçidlərdən yükləyə bilərsiniz.

Rəy və təkliflərin bildirilməsi

Qeyd olunan sənədlərlə bağlı rəy, təklif və suallarınızı aşağıdakı xüsusi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur:

office.azerigas@socar.az

Müzakirə müddəti: İctimai rəy və təkliflərin qəbulu bu bildiriş dərc edildiyi tarixdən etibarən 10 iş günü ərzində aktiv olacaqdır (26.05.2026 – 12.06.2026).

 Sənədləri aşağıdakı linklərə keçid etməklə yükləyə bilərsiniz:

SEP:

https://azeriqaz.az/uploads/pdf/pdf_YBlzxwepybLfP.pdf

 

 ESCP:

https://azeriqaz.az/uploads/pdf/pdf_qZTwJxMVaW4Sd.pdf

 

 ESMF:

https://azeriqaz.az/uploads/pdf/pdf_gVoBiBSC0bDzm.pdf

 

light-logo