“Azəriqaz” İstehsalat Birliyində ISO standartları üzrə nəzarət auditi keçirilib

09 Oktyabr 2026

“TÜV Austria Azərbaycan” MMC beynəlxalq sertifikatlaşdırma təşkilatının ekspertləri tərəfindən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində ISO üzrə növbəti nəzarət auditi həyata keçirilib. Audit zamanı Birlikdə tətbiq edilən ISO 9001, ISO 14001, ISO 45001, ISO 10002 və ISO 50001 standartlarının icra vəziyyəti, proseslərin idarə olunması və təkmilləşdirilməsi mexanizmləri üzrə məlumatlar təqdim olunub.

Görüşdə idarəetmə sistemlərinin səmərəliliyi, əməliyyat risklərinin azaldılması, ekoloji və enerjiyə qənaət yönümlü proseslərin gücləndirilməsi kimi istiqamətlər üzrə elmi-metodik yanaşmalar müzakirə edilib. Birlikdə auditin şəffaf və effektiv aparılması üçün zəruri şəraitin təmin olunduğu qeyd olunub.

“TÜV Austria Azərbaycan”ın nümayəndələri əməkdaşlığa və göstərilən etimada görə minnətdarlıq ifadə edərək audit prosesinin yüksək peşəkarlıqla təşkil olunduğunu vurğulayıblar.

light-logo