Abonentlərin nəzərinə!
Son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən də Yasamal rayonu ərazisində özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış “smart-kart” tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya “smart-kart”ların “vaxtının keçməsi” kimi məsələləri bildirərək, həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edir, eləcə də inandırıcı olması üçün qeyri qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər. Bununla bağlı istehlakçıların nəzərinə çatdırırıq ki, Birliyin işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman “Azəriqaz” İB-nin əməkdaşı olduğunu təstiq edən xidməti vəsiqə tələb edilməlidir: “Onlar həmçinin öz xidməti vəsiqələrini təqdim etdikdən sonra yerlərdə göstərdikləri bütün xidmətlər ödənişsizdir və tərtib etdikləri xüsusi nömrəli aktlar isə sarı, qırmızı və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunaraq, qırmızı rəngli akt abonentə təqdim edilir”. Sonda bir daha bildiririk ki, sadalanan qeyri qanuni hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər.