DAHA 4 DƏLƏDUZLUQ FAKTI ÜZƏ ÇIXDI

04 Sentyabr 2019

Ağsu rayonunda vətəndaşlara açıq nömrələrdən zəng edilərək Ağsu Regional qaz istismarı İdarəsinin (RQİİ) adından sürücü və çilingər işləmək üçün vakansiyaların olduğu barədə verilən saxta məlumatlara daha 4 nəfər aldanıb. Yenə də Ağsu rayonu Kalva kənd sakinlərləri işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat pul köçürüblər. RQİİ-yə üz tutan həmin insanlara hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsüyyə olunub. İlkin məlumata görə İsmayıllı və Göyçay rayonlarında da vətəndaşlara belə zənglər edilir.

Bir daha xatırladırıq ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin insan resursları departamenti tərəfindən həyata keçirilir. Mövcud olan vakansiyalar barədə məlumatlar isə şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir.

light-logo