Gəncə RQİİ-nin rəhbərliyi Samuxda vətəndaş qəbulu keçirdi
"Azəriqaz" İB-nin Gəncə Regional qaz istismarı İdarəsinin rəisi Hüseyn Şirinovun iştirakı ilə 13.02.2025-ci il tarixində Samux rayonunda vətəndaş qəbulu baş tutub.
Qəbulda Samux şəhəri ilə yanaşı, Kolayır və Sərkar kəndlərindən üz tutan sakinlərin də qaz təchizatı ilə bağlı problemləri dinlənilib. Görüşdə əsasən fərdi qazlaşma, qaz xəttinin yerinin dəyişdirilməsi və bəzi hallarda qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlər ünvanlanıb. Gəncə RQİİ-nin rəisi qəbula üz tutan 9 nəfər sakinin müraciətini fərdi olaraq dinləyib, bir sıra məsələlər yerində baxılaraq həllini tapıb