Ağdaş rayonunun Qaradeyin kəndinə küçə qaz xətləri çəkilir
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi maliyyə imkanlarından asılı olaraq ölkə üzrə qazlaşmayan kənd və yeni yaşayaş massivlərinə küçə qaz xətlərinin çəkilişi işlərini davam etdirir. Görülən işlərin davamı olaraq Ağdaş rayonunun Qaradeyin kəndinə daşıyıcı küçə qaz xətlərinin inşası həyata keçirilir. Yeni çəkiləcək xətt üçün 34 670 metr müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunur. İş icraçısının sözlərinə görə, işin böyük bir hissəsi yekunlaşıb, yaxın vaxtlarda isə görülən işlər tamamilə başa çatacaq. Bununla da sakinlərin mavi yanacaq sarıdan çəkdikləri əziyyət geridə qalacaq.